Füqan Əliyev də qaliblər sırasındadır

21-22 fevral tarixlərində Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçirilən kişilər və qadınlar arasında Azərbaycan çempionatında sonuncu yarış günü davam edir. Azərbaycan Gənclər və İdman Nazirliyi və Azərbaycan Ağır Atletika Federasiyasının birgə təşkil etdiyi yarışda ölkənin bütün bölgələrindən 100-ə yaxın atlet qüvvəsini sınayacaq.

Çempionatın təşkilində məqsəd idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır.

Növbəti qaliblər çəkisi 81 kq-a qədər olan kişilər arasında müəyyən edilib. Toplam 273 kq (123+150) nəticə ilə Füqan Əliyev rəqiblərindən daha yaxşı çıxış edərək çempiona adını qazanıb. İkinci pillədə toplam 269 kq (118+151) nəticə ilə Nurlan Rəsulov, üçüncü pillədə isə toplam 267 kq (117+150) nəticə ilə Kənan Əliquliyev qərarlaşıblar.

Təbrik edirik!

81 kq

N Adı İl Ölkə/Şəhər Klub Çəki Birdən Təkanla Toplam
1. Əliyev Fuqan 2001 Lerik Zirvə 80.0 123 150 273
2. Rəsulov Nurlan 2004 Xırdalan Zirvə 78.9 118 151 269
3. Əliquliyev Kənan 1998 Lənkəran Zirvə 75.0 117 150 267
4. Şərifov Elşən 1996 Şamaxı Zirvə 77.0 115 145 260
5. Səlimov Fuad 199 Bakı Spartak 79.3 111 137 248
6. Əsədov Canəli 2003 Qobustan Zirvə 74.0 100 121 221
7. Şəmmədov Səbuhi 2002 Goranboy Zirvə 74.4 105 115 220
8. İsmayılov Əbdülmətin 2005 Qazax UGİM 74.4 92 107 199
9. Həsənli İsa 2002 Lənkəran Zirvə 81.0 0
10. Hüseynzadə Fərid 1988 Sumqayıt Zirvə 75.3 85 0

 

 

Paylaş
Şərh yaz