Beynəlxalq Ağır Atletika Federasiyası (IWF) öz Texniki Komitəsi ilə birlikdə fransız, rus və ərəbdilli texniki rəsmilər üçün vebinar təşkil edir. Burada hakimlik, yarışların təşkili qaydalarında yeniliklər, müasir tələblər, həmçinin digər mövzular barədə danışılır.
Azərbaycanda fəaliyyət göstərən ağır atletika texniki rəsmiləri də bu vebinarda iştirak ediblər. Onlar bu gün rusdilli versiyaya dinləyici qismində qatılıblar. Vebinarın tam videoyazısına aşağıdakı keçiddə baxa bilərsiniz: