21-31 may tarixlərində Özbəkistanın paytaxtı Daşkənddə keçirilən gənclər arasında ağır atletika üzrə dünya birinciliyinə başa çatmaq üzrədir. 53 ölkədən 244 (139 kişi + 105 qadın) atletin qatılacağı yarışda Azərbaycan yığmasının üzvləri də qüvvələrini sınayıblar.
Bu gün baş məşqçilər Oktay Muxtarov (yeniyetmələr) və Maksum Xasanovun (gənclər) rəhbərliyi altında komandamızın son üzvü – Əli Şükürlü körpücük üzərinə çıxıb. O, 102 kq çəki dərəcəsində yarışıb.
İdmançımız toplam 332 (152+180) kq nəticə ilə 7-ci yeri tutub.