55 kq-da Hacıağa Məmmədov qalib oldu

9-10 aprel tarixlərində Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçirilən kişilər və qadınlar arasında ağır atletika üzrə Azərbaycan çempionatı davam edir. Azərbaycan Gənclər və İdman Nazirliyi və Azərbaycan Ağır Atletika Federasiyasının birgə təşkil etdiyi yarışda ölkənin bütün bölgələrindən 100-dən çox atlet qüvvəsini sınayır.

Kişilər arasında körpücük üzərinə ilk olaraq çəkisi 55 kq-a qədər olan idmançılar çıxıblar. Toplam 179 kq (82+97) çəkinin öhdəsindən gələn Hacıağa Məmmədov qızıl medala layiq görülüb. Toplam 167 kq (80+97) nəticə olə Dəniz Cabbarlı ikinci, toplam 165 kq (80+85) nəticə ilə Ramiz Kərimov üçüncü pillədə qərarlaşıblar.

Çempionatın təşkilində məqsəd ağır atletika idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafına dəstək verilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır.

Yer Adı İl Şəhər/Rayon Klub Çəki Birdən Təkanla Toplam
1 Dəniz Cabbarlı 2006 Lənkəran UGİM 51.70 80 97 177
2 Ramiz Kazımov 2006 Neftçala Zirvə 54.60 80 85 165
3 Akif Abdullayev 2007 Xırdalan Zirvə 55.00 75 90 165
4 Amin Osmanov 2006 Qazax UGİM 53.00 67 92 159
5 İlkin Mirzəyev 2005 Bakı Təhsil 54.80 70 80 150
6 Fərman Quluzadə 2005 Goranboy UGİM 54.00 65 80 145
7 Aysim Əliyev 2007 Goranboy Təhsil 50.80 57 70 127
8 Azər Mənsimov 2006 Sumqayıt Təhsil 55.00 55 68 123
9 Riad Rzayev 2007 Neftçala UGİM 55.00 55 65 120
10 Nihad Zairov 2006 Bakı Təhsil 44.40 55 60 115
DSQ Hacıağa Məmmədov * 2007 Lənkəran UGİM

 

* Qeyd: AMADA-nın 4 avqust 2022-ci il qərarına əsasən Hacıağa Məmmədovdan götürülən dopinq testin nəticəsi müsbət çıxdığından onun göstərdiyi nəticə ləğv olunmuş hesab edilir.

Paylaş
Şərh yaz