Tehran Məmmədov qızıl medala sahib çıxdı

9-10 aprel tarixlərində Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçirilən kişilər və qadınlar arasında ağır atletika üzrə Azərbaycan çempionatı davam edir. Azərbaycan Gənclər və İdman Nazirliyi və Azərbaycan Ağır Atletika Federasiyasının birgə təşkil etdiyi yarışda ölkənin bütün bölgələrindən 100-dən çox atlet qüvvəsini sınayır.

Kişilər arasında çəkisi 61 kq-a qədər olan idmançılar da qaliblərin adına aydınlıq gətiriblər. Toplam 250 kq (115+135) çəkinin öhdəsindən gələn Tehran Məmmədov qızıl medala sahib çıxıb. Toplam 226 kq (101+125) nəticə ilə Rüstəm Qasımov ikinci, toplam 222 kq (97+125) nəticə ilə Qasım İsmayılov üçüncü yeri tutublar.

Çempionatın təşkilində məqsəd ağır atletika idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafına dəstək verilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır.

N Adı İl Ölkə/Şəhər Klub Çəki Birdən Təkanla Toplam
1. Tehran Məmmədov 2001 Qobustan Zirvə 60.8 115 135 250
2. Rüstəm Qasımov 2002 Lənkəran Təhsil 61.0 101 125 226
3. Qasım İsmayılov 2005 Qazax UGİM 61.0 97 125 222
4. Elşan Məmmədov 2004 Lənkəran Zirvə 59.0 95 110 205
5. Mehman Qəzənfərov 1995 Gəncə Təhsil 60.6 86 106 192
6. Turan Əliyev 2007 Sumqayıt Təhsil 57.8 84 102 186
7. Emil Quliyev 2006 Bakı Təhsil 60.7 81 90 171
8. Ramil Abdullayev 2004 Şəki Zirvə 59.6 70 87 157
9. Yusif Arzumanov 2006 Bakı Neftçi 60.3 65 85 150
10. Kamran Qasımov 2006 Cəlilabad UAAİK 56.6 66 82 148
Paylaş
Şərh yaz