İkinci yarış gününün ilk qalibi Paşa İbrahimli oldu

9-10 aprel tarixlərində Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçirilən kişilər və qadınlar arasında ağır atletika üzrə Azərbaycan çempionatında ikinci yarış gününə start verilib. Azərbaycan Gənclər və İdman Nazirliyi və Azərbaycan Ağır Atletika Federasiyasının birgə təşkil etdiyi yarışda ölkənin bütün bölgələrindən 100-dən çox atlet qüvvəsini sınayır.

Kişilər arasında bu gün körpücük üzərinə ilk olaraq çəkisi 73 kq-a qədər olan idmançılar çıxıblar. Toplam 297 kq (135+162) çəkinin öhdəsindən gələn Paşa İbrahimli qızıl medala sahib çıxıb. Toplam 286 kq (126+160) nəticə ilə Nurlan Məmmədzadə ikinci, toplam 285 kq (130+155) nəticə ilə Ömər Cavadov üçüncü yeri tutublar.

Çempionatın təşkilində məqsəd ağır atletika idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafına dəstək verilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır.

N Adı İl Ölkə/Şəhər Klub Çəki Birdən Təkanla Toplam
1. Paşa İbrahimli 1995 Lənkəran Zirvə 72.7 135 162 297
2. Nurlan Məmmədzadə 2004 Qazax UGİM 72.5 126 160 286
3. Ömər Cavadov 2002 Xırdalan Zirvə 72.4 130 155 285
4. Sənan Sahibov 2004 Qobustan Zirvə 71.2 115 150 265
5. Murad Əliyev 2003 Sumqayıt Təhsil 69.7 120 144 264
6. Ruslan Həsənov 2000 Gəncə Təhsil 71.8 110 135 245
7. Nurlan Rəsulov 2002 Xırdalan Zirvə 72.8 105 130 235
8. Emin Əkbərov 2005 Lənkəran Təhsil 71.9 100 123 223
9. Kamal İsmayılov 2003 Yevlax UGİM 70.7 83 105 188
10. Fuad Qədimov 2005 Sumqayıt Təhsil 71.6 83 103 186
11. Orxan Zöhrabzadə 2005 Bakı Təhsil 71.9 80 100 180
12 Yaşar Qurbanov 2007 Bakı Spartak 70.5 80 100 180
Paylaş
Şərh yaz