Azərbaycan birinciliyinə qızların mübarizəsi ilə start verildi

 

May ayının 13-15-də Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında keçirilən 15 və 17 yaşadək yeniyetmə oğlan və qızlar arasında Azərbaycan birinciliyinə start verilib. Yarışda ölkənin bütün şəhər və rayonlarından idman cəmiyyətləri, klubları, mərkəzləri, UGİM-lərini təmsil edən 150-yə yaxın gənc atlet iştirak edir. İlk yarış günündə qızlar bütün çəki dərəcələrində, 15 yaşadək oğlanlarda 49 və 55 kq, həmçinin 17 yaşa qədər oğlanlarda 49 kq çəki dərəcəsində qaliblərin adlarına aydınlıq gələcək.

 

Artıq ilk qaliblər müəyyənləşib. Yaşı 15-ə qədər olan qızlar arasında 40 kq çəki dərəcəsində Gülşən Hüseynova, 49 kq çəki dərəcəsində Türkan Qənbərzadə, 64 kq-da Zəhra Niftəliyeva, 76 kq-da Arzu Qədimov, yaşı 17-yə qədər olan qızlar arasında isə 49 kq-da Selcan Qarayeva, 76 kq-da Rəhilə Hüseynzadə Azərbaycan birinciliyində qızıl medala layiq görülüblər.

 

Yarışın keçirilməsində məqsəd ağır atletika idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafı, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, Respublikanın şəhər və rayonlarında, idman cəmiyyətlərində, klublarında və mərkəzlərində ağır atletika idman növünün inkişaf səviyyəsinin müəyyənləşdirilməsi, perspektivli yeniyetmə ağır atletlərin aşkar olunması, yeniyetmə oğlan və qızlardan ibarət yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, beynəlxalq yarışlara hazırlanmasıdır.

 

Qızlar. U-15.

40 kq

N Adı İl Ölkə/Şəhər Klub Çəki Birdən Təkanla Toplam
1. Gülşən Hüseynova 2008 Gəncə Təhsil 40 24 26 50
2. Jalə Əbilova 2009 Qazax Göyəzən 40 18 23 41

 

49 kq

N Adı İl Ölkə/Şəhər Klub Çəki Birdən Təkanla Toplam
1. Türkanə Qənbərzadə 2007 Lənkəran Zirvə 49 44 51 95

 

64 kq

N Adı İl Ölkə/Şəhər Klub Çəki Birdən Təkanla Toplam
1. Zəhra Niftəliyeva 2007 Sumqayıt Təhsil 64 49 61 110

 

76 kq

N Adı İl Ölkə/Şəhər Klub Çəki Birdən Təkanla Toplam
1. Arzu Qədimova 2009 Sumqayıt Təhsil 76 38 45 83

 

Qızlar. U-17

49 kq

N Adı İl Ölkə/Şəhər Klub Çəki Birdən Təkanla Toplam
1. Selcan Qarayeva 2005 İsmayıllı CİM 49 50 65 115

 

76 kq

N Adı İl Ölkə/Şəhər Klub Çəki Birdən Təkanla Toplam
1. Rahilə Hüseynzadə 2005 Lənkəran Zirvə 76 76 92 168

 

Paylaş
Şərh yaz