May ayının 13-15-də Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında keçirilən 15 və 17 yaşadək yeniyetmə oğlan və qızlar arasında Azərbaycan birinciliyi davam edir. Yarışda ölkənin bütün şəhər və rayonlarından idman cəmiyyətləri, klubları, mərkəzləri, UGİM-lərini təmsil edən 150-yə yaxın gənc atlet iştirak edir. İkinci yarış günündə yaşı 15-ə qədər olan oğlanlarda 61 və 67 kq, yaşı 17-yə qədər oğlanlarda isə 55, 61 və 67 kq çəki dərəcələrində qaliblərin adlarına aydınlıq gələcək.
Yaşı 17-yə qədər olan atletlərdə 55 kq çəki dərəcəsində medalçılar müəyyənləşib. Toplam 178 kq (78+100) nəticə ilə Qazax idmançısı Amin osmanov bütün rəqiblərini üstələyərək qızıl medal əldə edib. Toplam 174 kq nəticə nümayiş etdirən iki atletdən Ramil Kazımov (82+92) gümüş, Dəniz Cabbarlı (78+96) isə bürün medalçı adına layiq görülüb.
Oğlanlar. U-17. 55 kq.
N | Adı | İl | Ölkə/Şəhər | Klub | Çəkisi | Birdən | Təkanla | Toplam |
1. | Amin Osmanov | 2006 | Qazax | UGİM | 53.2 | 78 | 100 | 178 |
2. | Ramil Kazımov | 2006 | Neftçala | Zirvə | 53.8 | 82 | 92 | 174 |
3. | Dəniz Cabbarlı | 2006 | Lənkəran | UGİM | 50.4 | 78 | 96 | 174 |
4. | İlkin Mirzəliyev | 2005 | Bakı | Təhsil | 54.9 | 76 | 85 | 161 |
5. | Fərman Quluzadə | 2005 | Goranboy | Zirvə | 53.3 | 65 | 80 | 145 |
6. | Samir Əliyev | 2005 | Bakı | Təhsil | 51.8 | 53 | 65 | 118 |
7. | Rəvan Nəsirov | 2006 | Neftçala | UGİM | 52.2 | 45 | 45 | 90 |
8. | Röyal Quliyev | 2006 | Neftçala | Zirvə | 53.5 | 58 | – | – |