Turan Əliyev fəxri kürsünün ən yüksək pilləsində!

May ayının 13-15-də Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında keçirilən 15 və 17 yaşadək yeniyetmə oğlan və qızlar arasında Azərbaycan birinciliyi davam edir. Yarışda ölkənin bütün şəhər və rayonlarından idman cəmiyyətləri, klubları, mərkəzləri, UGİM-lərini təmsil edən 150-yə yaxın gənc atlet iştirak edir. İkinci yarış günündə yaşı 15-ə qədər olan oğlanlarda 61 və 67 kq, yaşı 17-yə qədər oğlanlarda isə 55, 61 və 67 kq çəki dərəcələrində qaliblərin adlarına aydınlıq gələcək.

Yaşı 15-ə qədər olan atletlərdə 61 kq çəki dərəcəsində mükafatçılar müəyyənləşib. Toplam 192 kq (88+104) nəticə ilə Sumqayıt idmançısı Turan Əliyev qalib adına layiq görülüb. Toplam 188 kq (85+103) nəticə ilə Əli Məhərrəmzadə gümüş, toplam 173 kq (80+93) nəticə ilə Akif Abdullayev bürünc medal qazanıb.

Oğlanlar. U-15. 61 kq.

N Adı İl Ölkə/Şəhər Klub Birdən Təkanla Toplam
1. Turan Əliyev 2007 Sumqayıt Təhsil 88 104 192
2. Əli Məhərrəmzadə 2009 Lənkəran Zirvə 85 103 188
3. Akif Abdullayev 2007 Abşeron Zirvə 80 93 173
4. İsa Əliyev 2009 Lerik Zirvə 70 81 151
5. Yunis Bayramov 2008 Sumqayıt Təhsil 61 75 136
6. Allahverdi Qaragözov 2009 Qazax UGİM 52 67 119
7. Firudin Cəfərov 2008 Sumqayıt Təhsil 55 62 117
8. Kərəm Niftəliyev 2009 Bakı Spartak 43 50 93
9. Elnur Kazımov 2008 Goranboy UGİM 40 50 90
10. Nemət Tarverdiyev 2009 Şamaxı AAİK 34 45 79
11. Novruz Əliyev 2009 Neftçala UGİM 38 40 78
12. Nofəl Cəfərov 2009 Goranboy UGİM 30 43 73
13. Riyad Rzayev 2007 Neftçala UGİM 55 0
Paylaş
Şərh yaz