Qasım İsmayılov ən güclülər sırasında!

May ayının 13-15-də Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında keçirilən 15 və 17 yaşadək yeniyetmə oğlan və qızlar arasında Azərbaycan birinciliyi davam edir. Yarışda ölkənin bütün şəhər və rayonlarından idman cəmiyyətləri, klubları, mərkəzləri, UGİM-lərini təmsil edən 150-yə yaxın gənc atlet iştirak edir.

Yaşı 17-yə qədər olan atletlərdə 61 kq çəki dərəcəsində fərqlənənlərin adları məlum olub. Toplam 218 kq (98+120) nəticə ilə Qazax idmançısı Qasım İsmayılov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Toplam 185 kq (85+100) nəticə ilə Emil Quliyev gümüş, toplam 166 kq (76+90) nəticə ilə Əmrah Osmanov bürünc medal qazanıb.

 

Oğlanlar. U-17. 61 kq.

N Adı İl Ölkə/Şəhər Klub Çəkisi Birdən Təkanla Toplam
1. Qasım İsmayılov 2005 Qazax UGİM 60.3 98 120 218
2. Emil Quliyev 2006 Bakı Təhsil 59.8 85 100 185
3. Əmrah Osmanov 2005 Qazax Göyəzən 57.3 76 90 166
4. Tofiq Abdullazadə 2005 Lənkəran Təhsil 57.8 70 92 163
5. Möbət Hacıyev 2006 Lənkəran UGİM 59.5 70 92 162
6. Nurlan Mustafayev 2006 Qazax UGİM 60.3 74 86 160
7. Yusif Arzumanov 2006 Bakı Neftçi 59.9 70 85 155
8. Kamran Qasımov 2006 Cəlilabad AAİK 55.8 68 80 148
9. Ömər Allahverdiyev 2005 Şamaxı AAİK 57.1 67 75 142
10. Azər Mənsimov 2006 Sumqayıt Təhsil 57.5 58 70 128
11. Firat Lalayev 2005 Qazax UGİM 59.9 50 65 115
12. Arzuman Pirvəliyev 2006 Qazax UGİM 60.3 45
13. Elvin Aslanov 2006 Şəki AAİK 58.0 40 0

 

 

Paylaş
Şərh yaz