Son yarış gününün ilk qalibləri məlum oldu

May ayının 13-15-də Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında keçirilən 15 və 17 yaşadək yeniyetmə oğlan və qızlar arasında Azərbaycan birinciliyində son yarış günüdür. Yarışda ölkənin bütün şəhər və rayonlarından idman cəmiyyətləri, klubları, mərkəzləri, UGİM-lərini təmsil edən 150-yə yaxın gənc atlet iştirak edir. Bu gün yaşı 15 və 17-yə qədər oğlanlar arasında 73, 81, 89, 96, 102 və +102 kq çəki dərəcələrində qaliblərin adına aydınlıq gələcək.

Artıq ilk çempionlar bəllidir. Yaşı 15-ə qədər oğlanların 73 kq çəki dərəcəsində mübarizəsində toplam 183 kq (78+105) nəticə göstərən Bakı idmançısı Yaşar Qurbanov, yaşı 17-yə qədər oğlanların 73 kq çəki dərəcəsində isə toplam 232 kq (97+135) Lənkəran idmançısı Emin Əkbərov qızıl medala sahib çıxıb.

U-15. 73 kq.

N Adı İl Ölkə/Şəhər Klub Çəkisi Birdən Təkanla Toplam
1. Yaşar Qurbanov 2007 Bakı Spartak 70.0 78 105 183
2. Barat Atababayev 2008 Qobustan UGİM 69.0 38 45 83
3. Ülvi Səmədov 2009 Şamaxı AAİK 69.6 30 40 70

 

U-17. 73 kq.

N Adı İl Ölkə/Şəhər Klub Çəkisi Birdən Təkanla Toplam
1. Emin Əkbərov 2005 Lənkəran Təhsil 71.8 97 135 232
2. Nəcəf Nəzərov 2006 Qobustan UGİM 68.1 86 115 201
3. Orxan Zöhrabzadə 2005 Bakı Təhsil 71.0 87 102 189
4. Fuad Qədimov 2005 Sumqayıt Təhsil 69.2 84 102 186
5. Mətin Quluzadə 2006 Goranboy UGİM 70.0 75 85 160
6. Cavidan Muxtarlı 2006 Sumqayıt Zirvə 67.1 55 65 120

 

Paylaş
Şərh yaz