Nümayəndə heyətimiz Hesabat-Seçki Konfransında iştirak edib

25-26 iyun tarixlərində Albaniyanın paytaxtı Tiranada Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF) Hesabat-Seçki Konfransı keçirilib. Mərasimdə Azərbaycan Ağır Atletika Federasiyasının baş katib Rizvan Rəsulov və onun köməkçisi Kamal Axundovdan ibarət nümayəndə heyəti də iştirak edib.

 

Konfransda IWF-in prezident postuna seçkilər keçirilib. Səsvermə nəticəsində iraqlı Məhəmməd Calud qurumun prezidenti seçilib. Bununla yanaşı, federasiyanın vitse-prezidentləri, İdarə Heyətinin üzvləri və digər postlar üçün seçkilər keçirilib, yeni vəzifə sahibləri müəyyən edilib.

 

Azərbaycan nümayəndə heyəti Konfransda iştirakla yanaşı, bir sıra digər işgüzar görüşlər keçirib, müzakirələr aparıblar.

Paylaş
Şərh yaz