Rahilə Hüseynzadə Avropa birinciliyində çıxış etdi

10-18 avqust tarixlərində Polşanın Raşin şəhərində keçirilən 15 və 17 yaşlı yeniyetmələr arasında ağır atletika üzrə Avropa birinciliyi davam edir. Yarışda 36 ölkədən 331 nəfər (160 qız + 171 oğlan) atlet iştirak edir. Onların arasında Azərbaycan yığma komandasının üzvləri də var.

Komandamızdan son olaraq körpücük üzərinə Rahilə Hüseynzadə çıxıb. O, yaşı 17-yə qədər olan atletlər arasında 76 kq çəki dərəcəsində mübarizə aparıb.

İdmançımız toplam 182 kq (82+100) nəticə ilə yekun sıralamada 7-ci yeri tutub.

Paylaş
Şərh yaz