9-18 avqust tarixlərində Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəylik Oyunları davam edir. Ağır atletlərimiz yarışa qoşulanlar sırasındadır. Körpücük üzərinə 10 nəfər – 3 qadın və 7 kişi idmançı çıxacaq.
Onlardan daha biri – İsa Rüstəmov mübarizəyə qoşulub. İdmançımız 67 kq çəki dərəcəsində yarışıb.
Atletimiz birdən qaldırma hərəkətində 132 kq, təkanla qaldırmada isə 161 kq-ı ram edib. Toplam 293 kq (132+161) nəticə göstərən atletimiz yekun sıralamada 8-ci yeri tutub.