9-18 avqust tarixlərində Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəylik Oyunları davam edir. Ağır atletlərimiz yarışa qoşulanlar sırasındadır.
Körpücük üzərinə 10 nəfər – 3 qadın və 7 kişi idmançı çıxacaq.
Onlardan daha biri – Dadaş Dadaşbəyli mübarizəyə qoşulur. İdmançımız 102 kq çəki dərəcəsində yarışır.
Atletimiz birdən qaldırma hərəkətində 174 kq-ı ram edərək bu hərəkətdə gümüş medal qazandı.
Təkanla qaldırma hərəkətində 210 kq-ın öhdəsindən gələn idmançımız bu hərəkətdə 5-ci yeri tutub.
Toplam 384 kq (174+210) nəticə ilə Dadaş Dadaşbəyli yekun sıralamada 4-cü yerə layiq görülüb.
Təbrik edirik!