Amin Osmanov Azərbaycan birinciliyinin qalibidir

1-2 oktyabr tarixlərində Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçiriləcək gənclər (20 və 23 yaşlı gənc oğlan və qızlar) arasında ağır atletika üzrə Azərbaycan birinciliyi start götürüb.

Yaşı 20-yə qədər və çəkisi 55 kq-a qədər oğlanlar arasında qalib adını Amin osmanov qazanıb. O, toplam 205 kq (92+113) nəticə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Sonrakı yerləri müvafiq olaraq 196 kq (87+108) nəticə ilə Dəniz Cabbarlı və 170 kq (78+92) nəticə ilə Orxan İmanov qazanıblar.

Yaşı 23-ə qədər olan idmançılar arasında bu çəkidə qızıl medalı toplam 135 kq (60+75) nəticə ilə Oruc Məhərrəmov qazanıb.

Təbrik edirik!

Yarışda ölkənin bütün regionlarından yüzə yaxın atlet iştirak edir.

Çempionatın təşkilində məqsəd ağır atletika idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafı, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, Respublikanın şəhər və rayonlarında, idman cəmiyyətlərində, klublarında və mərkəzlərində ağır atletika idman növünün inkişaf səviyyəsinin, perspektivli ağır atletlərin müəyyənləşdirilməsi, texniki cəhətdən hazırlıqlı idmançıların yığma komandalara seçilməsidir.

55 kq. U-20

N Adı Şəhər Klub İl Çəki Birdən Təkanla Toplam
1. Amin Osmanov Qazax Göyəzən 2006 54.8 92 113 205
2. Dəniz Cabbarlı Lənkəran UGİM 2006 54.9 87 109 196
3. Orxan İmanov Lerik Relaks 2007 54.6 78 92 170
4. Röyal Quliyev Neftçala UGİM 2006 54.8 64 76 140
5. Qurban Abdullayev Yevlax UGIM 2007 54.7 61 73 134
6. Aysim Əliyev Goranboy Təhsil UGİŞM 2007 50.8 55 70 125
7. Rəvan Nəsirov Neftçala UGİM-Herkules 2006

 

 55 kq. U-23

N Adı Şəhər Klub İl Çəki Birdən Təkanla Toplam
1. Oruc Məhərrəmov Goranboy Zirvə 1999 54.9 60 75 135

 

 

Paylaş
Şərh yaz