Əmrah Osmanov qızıl medal qazandı

1-2 oktyabr tarixlərində Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçiriləcək gənclər (20 və 23 yaşlı gənc oğlan və qızlar) arasında ağır atletika üzrə Azərbaycan birinciliyi davam edir.

Çəkisi 61 kq-a qədər oğlanlar arasında qızıl medala Əmrah Osmanov sahib çıxıb. O, toplam 195 kq (86+109) nəticə ilə bütün rəqiblərini üstələyib. Gümüş medala toplam 192 kq (83+109) nəticə ilə Kənan Rəhimov, bürünc medala isə 180 kq (85+95) nəticə ilə Akif Abdullayev layiq görülüblər.

Təbrik edirik!

Yarışda ölkənin bütün regionlarından yüzə yaxın atlet iştirak edir.

Çempionatın təşkilində məqsəd ağır atletika idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafı, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, Respublikanın şəhər və rayonlarında, idman cəmiyyətlərində, klublarında və mərkəzlərində ağır atletika idman növünün inkişaf səviyyəsinin, perspektivli ağır atletlərin müəyyənləşdirilməsi, texniki cəhətdən hazırlıqlı idmançıların yığma komandalara seçilməsidir.

 

N Adı Şəhər Klub İl Çəki Birdən Təkanla Toplam
1. Əmrah Osmanov Qazax Göyəzən 2005 59.5 86 109 195
2. Kənan Rəhimov Gəncə ADAU 2004 60.8 83 109 192
3. Akif Abdullayev Abşeron Zirvə 2007 56.9 85 95 180
4. Yusif Arzumanov Bakı Neftçi 2006 60.5 68 93 161
5. Mirkamil Hüseynov Lerik Relaks 2007 58.9
6. Ramiz Kazımov Neftçala UGİM 2006 56.4

 

Paylaş
Şərh yaz