1-2 oktyabr tarixlərində Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçiriləcək gənclər (20 və 23 yaşlı gənc oğlan və qızlar) arasında ağır atletika üzrə Azərbaycan birinciliyində ilk yarış günü başa çatıb. Son olaraq körpücük üzərinə çəkisi 67 kq-a qədər oğlanlar çıxıb.
Onlardan toplam 242 kq (106+136) nəticə göstərən Rüstəm Qasımov qızıl medala sahib çıxıb. Sonrakı pillələri 240 kq (105+135) nəticə ilə Qasım İsmayılov və 226 kq (104+122) nəticə ilə Turan Əliyev tutublar.
Təbrik edirik!
Yarışda ölkənin bütün regionlarından yüzə yaxın atlet iştirak edir.
Çempionatın təşkilində məqsəd ağır atletika idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafı, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, Respublikanın şəhər və rayonlarında, idman cəmiyyətlərində, klublarında və mərkəzlərində ağır atletika idman növünün inkişaf səviyyəsinin, perspektivli ağır atletlərin müəyyənləşdirilməsi, texniki cəhətdən hazırlıqlı idmançıların yığma komandalara seçilməsidir.
67 kq. U-20
N | Adı | Şəhər | Klub | İl | Çəki | Birdən | Təkanla | Toplam |
1. | Rüstəm Qasımov | Lənkəran | Zirvə | 2002 | 66.4 | 106 | 136 | 242 |
2. | Qasım İsmayılov | Qazax | Göyəzən | 2005 | 63.9 | 105 | 135 | 240 |
3. | Turan Əliyev | Sumqayıt | Təhsil | 2007 | 63.8 | 104 | 122 | 226 |
4. | Heydər Yusibov | Goranboy | Təhsil UgiŞM | 2004 | 63.8 | 95 | 105 | 200 |
5. | Dilavər Süleymanov | Bakı | Zirvə | 2006 | 67.0 | 86 | 112 | 198 |
6. | Emil Quliyev | Bakı | Təhsil RİM | 2006 | 63.6 | 85 | 105 | 190 |
7. | Nihat Vəliyev | Gəncə | UGİŞM-1 | 2006 | 62.2 | 86 | 103 | 189 |
8. | Səbuhi Şəmmədov | Goranboy | Zirvə | 2002 | 66.6 | 85 | 100 | 185 |
9. | Nurlan Mustafayev | Qazax | UGİM | 2006 | 66.2 | 82 | 96 | 178 |
10. | Vüsət Quliyev | Sumqayıt | Olimp | 2004 | 62.2 | 80 | 96 | 176 |
11. | Lətif Abdullayev | Tevlax | UGİM | 2005 | 64.7 | 72 | 100 | 172 |
12. | Namiq Quliyev | Neftçala | Zirvə | 2004 | 62.5 | 80 | 91 | 171 |
13. | Əli Fərzullayev | Cəlilabad | Ümüd İK | 2007 | 73.0 | 0 | 0 | 0 |