Növbəti qaliblər müəyyən edildi

1-2 oktyabr tarixlərində Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçirilən gənclər (20 və 23 yaşlı gənc oğlan və qızlar) arasında ağır atletika üzrə Azərbaycan birinciliyində ikinci yarış günü davam edir. 81 və 89 kq çəki dərəclərində qaliblər müəyyən edilib

Yaşı 20-yə qədər olan idmançılar arasında 81 kq-da qalib adını toplam 271 kq (118+153) nəticə göstərən Nurlan Rəsulov, 89 kq-da isə toplam 232 kq (104+128) nəticə ilə Həsən Babayev qazanıblar.

Yaşı 23-ə qədər olan idmançılar arasında isə 81 kq-da fəxri kürsünün ən yüksək pilləsinə toplam 262 kq (115+147) nəticə ilə İsmayıl Baxışov, 89 kq-da isə toplam 270 kq (120+150) nəticə ilə Sənan Mirzəyev qalxıblar.

Təbrik edirik!

Yarışda ölkənin bütün regionlarından yüzə yaxın atlet iştirak edir.

Çempionatın təşkilində məqsəd ağır atletika idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafı, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, Respublikanın şəhər və rayonlarında, idman cəmiyyətlərində, klublarında və mərkəzlərində ağır atletika idman növünün inkişaf səviyyəsinin, perspektivli ağır atletlərin müəyyənləşdirilməsi, texniki cəhətdən hazırlıqlı idmançıların yığma komandalara seçilməsidir.

 

81 kq. U-20

N Adı Şəhər Klub İl Çəki Birdən Təkanla Toplam
1. Nurlan Rəsulov Abşeron Zirvə 2002 76.7 118 153 271
2. Həsənağa Sahibov Buta Qobustan 2002 73.2 104 130 234
3. İmaməli Əliyev Goranboy UGİM 2005 80.2 95 120 215

 

81 kq. U-23

N Adı Şəhər Klub İl Çəki Birdən Təkanla Toplam
1. İsmayıl Baxışov Qobustan Buta 2001 80.2 115 147 262
2. Əli Zeynalov Goranboy Təhsil 2000 78.5 90 110 200

 

89 kq. U-20

N Adı Şəhər Klub İl Çəki Birdən Təkanla Toplam
1. Həsən Babayev Şərur UGİM 2007 88.3 104 128 232
2. Əbdulmətin İsmayılov Qazax Göyəzən 2005 83.2 96 110 206

 

89 kq. U-23

N Adı Şəhər Klub İl Çəki Birdən Təkanla Toplam
1. Sənan Mirzəyev Bakı Spartak 1999 87.2 120 150 270

 

Paylaş
Şərh yaz