Gənclər arasında Azərbaycan birinciliyi başa çatdı

1-2 oktyabr tarixlərində Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçirilən gənclər (20 və 23 yaşlı gənc oğlan və qızlar) arasında ağır atletika üzrə Azərbaycan birinciliyi başa çatıb. İkinci yarış günündə körpücük üzərinə son olaraq ən ağır çəkili idmançılar çıxıblar.

Yaşı 20-yə qədər olan idmançılar arasında 96 kq-da toplam 248 kq (117+131) nəticə göstərən Canəli Əsədov, 109 kq-da isə toplam 250 kq (1110+140) nəticə ilə Fuad Hümbətli qazanıblar.

Yaşı 23-ə qədər olan idmançılar arasında isə 102 kq-da fəxri kürsünün ən yüksək pilləsinə toplam 249 kq (112+137) nəticə ilə Əliş Nəzərov qalxıb.

Təbrik edirik!

Yarışda ölkənin bütün regionlarından yüzə yaxın atlet iştirak edir.

Çempionatın təşkilində məqsəd ağır atletika idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafı, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, Respublikanın şəhər və rayonlarında, idman cəmiyyətlərində, klublarında və mərkəzlərində ağır atletika idman növünün inkişaf səviyyəsinin, perspektivli ağır atletlərin müəyyənləşdirilməsi, texniki cəhətdən hazırlıqlı idmançıların yığma komandalara seçilməsidir.

96 kq. U-20

N Adı Şəhər Klub İl Çəki Birdən Təkanla Toplam
1. Canəli Əsədov Qobustan Buta 2005 91.3 117 131 248

 

102 kq. U-23

N Adı Şəhər Klub İl Çəki Birdən Təkanla Toplam
1. Əliş Nəzərov Bakı Təhsil RİM 1999 96.4 112 137 249

 

109 kq. U-20.

N Adı Şəhər Klub İl Çəki Birdən Təkanla Toplam
1. Fuad Hümbətli Abşeron Zirvə 2004 106.9 110 140 250

 

 

Paylaş
Şərh yaz