21-23 dekabr tarixlərində Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasının yarış zalında keçirilən qadınlar, kişilər və veteranlar arasında ağır atletika üzrə Azərbaycan Kubokuna start verilib. Yarışda şəhər və rayonların, idman cəmiyyətlərinin, idman klublarının, idman mərkəzlərinin, UGİM-lərinin hazırkı əsasnamə üzrə təyin olunmuş dərəcə normalarını yerinə yetirən və tibbi müayinədən keçən yüzdən çox atlet öz qüvvəsini sınayacaq.
İlk olaraq körpücük üzərinə çəkisi 45, 49 və 55 kq olan qadınlar çıxıblar. 45 kq çəki dərəcəsində toplam 75 kq (33+42) nəticə ilə Samirə Rzayeva, 49 kq çəki dərəcəsində toplam 122 kq (57+65) nəticə ilə Nazilə İsmayılova, 55 kq çəki dərəcəsində isə toplam 132 kq (57+75) nəticə ilə Selcan Qarayeva qalib adını qazanıb.
Azərbaycan Kubokunun təşkilində məqsəd ölkənin ağır atletika üzrə ən yaxşı idman təşkilatları, ən yaxşı qadın və kişi idmançılarını, ümidvericı ağır atletlərdən ibarət əsas, dəyişkən və ehtiyat qüvvələri müəyyən etmək, yeniyetmə və gənc idmançılara örnək olmaq məqsədilə veteran idmançıların iştirakını təmin etmək, 2023-cü ildə keçiriləcək beynəlxalq səviyyəli yarışlara daha güclü veteran idmançıları seçməkdir.
Qadınlar. 45 kq.
N | Adı | İl | Şəhər / Rayon | Klub | Çəki | Birdən | Təkanla | Toplam |
1. | Samirə Rzayeva | 2006 | Qazax | Göyəzən | 41.4 | 33 | 42 | 75 |
2. | Həcər Ələkbərova | 2007 | Qazax | Göyəzən | 40.7 | 21 | 26 | 47 |
49 kq
N | Adı | İl | Şəhər / Rayon | Klub | Çəki | Birdən | Təkanla | Toplam |
1. | Nazilə İsmayılova | 1998 | Sumqayıt | MOİK | 46.6 | 57 | 65 | 122 |
2. | Türkanə Qənbərzadə | 2007 | Lənkəran | UGİM | 47.5 | 40 | 53 | 93 |
3. | Tahirə Mustafazadə | 2005 | Qazax | Göyəzən | 48.2 | 30 | 43 | 73 |
55 kq
N | Adı | İl | Şəhər / Rayon | Klub | Çəki | Birdən | Təkanla | Toplam |
1. | Selcan Qarayeva | 2005 | İsmayıllı | Girdiman | 50.8 | 57 | 75 | 132 |
2. | Dinara İbrahimli | 2001 | Gəncə | Təhsil-UGİŞM-2 | 54.7 | 53 | 71 | 124 |
3. | Gülcahan Əliyeva | 2004 | Şərur | Naxçıvan | 52.7 | 53 | 70 | 123 |
4. | Lalə Əzizli | 1993 | Bakı | Herkules | 55.0 | 46 | 55 | 101 |
5. | Dilarə Şirinova | 2006 | Sumqayıt | Zirvə | 52.0 | 27 | 37 | 64 |
6. | Aygül İmanova | 2005 | Bakı | Herkules | 52.0 | 23 | 25 | 48 |