Ömər Cavadov bütün rəqiblərini üstələdi

21-23 dekabr tarixlərində Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasının yarış zalında keçirilən qadınlar, kişilər və veteranlar arasında ağır atletika üzrə Azərbaycan Kuboku davam edir. Yarışda şəhər və rayonların, idman cəmiyyətlərinin, idman klublarının, idman mərkəzlərinin, UGİM-lərinin hazırkı əsasnamə üzrə təyin olunmuş dərəcə normalarını yerinə yetirən və tibbi müayinədən keçən yüzdən çox atlet öz qüvvəsini sınayır.

Növbəti sessiyada çəkisi 73 kq-a qədər olan atletlər medal uğrunda mübarizə aparıblar. Bu çəkidə toplam 294 kq (135+159) nəticə göstərən “Zirvə” Klubunun təmsilçisi Ömər Cavadov qızıl, toplam 288 kq (127+161) nəticə göstərən “Göyəzən” Klubunun təmsilçisi Ravin Alməmmədov gümüş, toplam 270 kq (120+150) nəticə göstərən “Zirvə” Klubunun təmsilçisi Rəhim Kazımov bürünc medal qazanıblar.

73 kq

N Adı İl Şəhər / Rayon Klub Çəki Birdən Təkanla Toplam
1. Ömər Cavadov 2002 Abşeron Zirvə 73.0 135 159 294
2. Ravin Alməmmədov 2006 Qazax Göyəzən 70.4 127 161 288
3. Rəhim Kazımov 2004 Abşeron Zirvə 72.5 120 150 270
4. Ruslan Həsənov 2000 Gəncə Təhsil-ADAU 72.9 118 147 265
5. Nihat Vəliyev 2006 Gəncə Təhsil-UGİŞM-1 68.8 103 120 223
6. Nəcəf Nəzərov 2006 Qobustan Gİİ 72.2 95 125 220
7. Dilavər Süleymanov 2006 Bakı Herkules 71.5 94 115 209
8. Fuad Qədimov 2005 Sumqayıt Təhsil 72.4 90 112 202
9. Fərid Mərdanov 2006 Sumqayıt Zirvə 69.2 90 105 195
10. Nurlan Mustafayev 2006 Qazax UGİM-Göyəzən 68.4 86 102 188
11. Möhlət Hacıyev 2006 Lənkəran Zirvə 67.1 81 102 183
12. İlkin Məmmədzadə 2007 Bakı Təhsil 72.6 81 101 182
13. Əli Fərzullayev 2007 Cəlilabad Ümid 70.8 75

 

 

Paylaş
Şərh yaz