Sənan Mirzəyev və Elşən Şərifov fəxri kürsünün ən yüksək pilləsində

 

21-23 dekabr tarixlərində Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasının yarış zalında keçirilən qadınlar, kişilər və veteranlar arasında ağır atletika üzrə Azərbaycan Kubokunda ikinci yarış günü başa çatıb. Yarışda şəhər və rayonların, idman cəmiyyətlərinin, idman klublarının, idman mərkəzlərinin, UGİM-lərinin hazırkı əsasnamə üzrə təyin olunmuş dərəcə normalarını yerinə yetirən və tibbi müayinədən keçən yüzdən çox atlet öz qüvvəsini sınayır.

Günə çəkisi 89 və 96 kq-a qədər olan atletlərin mübarizəsi ilə start verilib. 89 kq-da toplam 300 kq (140+160) nəticə göstərən “Spartak-Ettore” Klubunun təmsilçisi Sənan Mirzəyev qızıl, toplam 270 kq (120+150) nəticə göstərən “Herkules” Klubunun təmsilçisi Kənan Xəlilov gümüş, toplam 236 kq (106+130) nəticə göstərən “Buta” Klubunun təmsilçisi Kamran Ağalarov bürünc medal qazanıblar.

96 kq çəki dərəcəsində isə toplam 265 kq (115+150) nəticə göstərən “Cəngi” Klubunun təmsilçisi Elşən Şərifov qızıl, toplam 242 kq (109+133) nəticə göstərən “Naxçıvan” Klubunun təmsilçisi Həsən Babayev gümüş, toplam 218 kq (97+121) nəticə göstərən “Göyəzən” Klubunun təmsilçisi Elmar Rəhimov bürünc medala sahib çıxıblar.

 

89 kq

 

N Adı İl Şəhər / Rayon Klub Çəki Birdən Təkanla Toplam
89 kq      
1. Sənan Mirzəyev 1999 Bakı Spartak-Ettore 87.6 140 160 300
2. Kənan Xəlilov 1999 Neftçala Herkules 81.4 120 150 270
3. Kamran Ağalarov 1999 Qobustan Buta 84.8 106 130 236
4. Orxan Zöhrabzadə 2005 Bakı Təhsil 81.3 100 135 235
5. Cavid Rəhimli 1998 Qazax Göyəzən 86.1 105 125 230
6. Əli Zeynalov 2000 Goranboy Təhsil 81.4 94 120 214
7. Pərvin Əsgərov 1990 Gəncə Təhsil-ADAU 81.5 90 120 210
8. İsmayıl Baxışov 2001 Qobustan Buta 82.6 116 146 162

 

96 kq

 

N Adı İl Şəhər / Rayon Klub Çəki Birdən Təkanla Toplam
96 kq      
1. Elşən Şərifov 1996 Şamaxı Cəngi 89.0 115 150 265
2. Həsən Babayev 2007 Şərur Naxçıvan 89.1 109 133 242
3. Elmar Rəhimov 1990 Qazax Göyəzən 92.4 97 121 218
4. Canəli Əsədov 2003 Qobustan Buta 91.3 121

 

Paylaş
Şərh yaz