Dadaş Dadaşbəyli yenidən zirvədə!

21-23 dekabr tarixlərində Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasının yarış zalında keçirilən qadınlar, kişilər və veteranlar arasında ağır atletika üzrə Azərbaycan Kubokunda üçüncü yarış günü başa çatıb. Yarışda şəhər və rayonların, idman cəmiyyətlərinin, idman klublarının, idman mərkəzlərinin, UGİM-lərinin hazırkı əsasnamə üzrə təyin olunmuş dərəcə normalarını yerinə yetirən və tibbi müayinədən keçən yüzdən çox atlet öz qüvvəsini sınayıb.

Kuboka çəkisi 102, 109 və +109 kq çəki dərəcələrində qaliblərin müəyyən edilməsiylə yekun vurulub.

102 kq-da toplam 340 kq (155+185) nəticə göstərən “Təhsil” İdman Mərkəzinin təmsilçisi Əli Şükürlü, 109 kq kq çəki dərəcəsində toplam 360 kq (165+195) nəticə göstərən “Buta” Klubunun təmsilçisi Dadaş Dadaşbəyli və +109 kq çəki dərəcəsində toplam 309 kq (132+177) nəticə göstərən “Buta” Klubunun təmsilçisi İsmayıl Qurbanov qızıl medal qazanıblar.

102, 109 və +109 kq

N Adı İl Şəhər / Rayon Klub Çəki Birdən Təkanla Toplam
102 kq      
1. Əli Şükürlü 2003 Sumqayıt Təhsil 100.5 155 185 340
2. Hacı Əlimanov 2005 Bakı Təhsil 99.57 125 161 286
109 kq      
1. Dadaş Dadaşbəyli 1996 Qobustan Buta 103.8 165 195 360
2. Fuad Hümmətli 2004 Abşeron Zirvə 105.5 107 141 248
3. Xəlil Gəraylı 1994 Goranboy Kərim 108.2 100 127 227
4. Nürəddin Mehtiyev 2005 Gəncə Təhsil-UGİŞM-2 127.2 93 112 205
5. Səid Fətəliyev 2007 Qazax Göyəzən 108.3 45 58 103
6. Ruslan Mustafayev 2007 Şamaxı Cəngi 102.7 44 62 106
+109 kq      
1. İsmayıl Qurbanov 2000 Qobustan Buta 122.5 132 177 309
2. Sənan Quliyev 1999 Goranboy Kərim 128.1 92 126 218
3. Ağakərim Süleymanov 2006 Lənkəran UGİM 115.8 65 90 155

 

 

Paylaş
Şərh yaz