Ağır atletlərimiz Avropa çempionatında iştirak edəcəklər

15-23 aprel tarixlərində Ermənistanın paytaxtı İrəvanda Paris 2024 Olimpiya Oyunlarına lisenziya xarakterli ağır atletika üzrə Avropa çempionatı keçiriləcək. Yarışda Azərbaycan yığma komandasının üzvləri də iştirak edəcək. Onlar qadınlarda Nazilə İsmayılova (45 kq), kişilərdə isə İsa Rüstəmov (67 kq), Ömər Cavadov (73 kq) və Əli Şükürlüdür (102 kq).

Paylaş
Şərh yaz