Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyev Cansu Bektaş, Qamze Altun və Nuray Güngörün “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam verib

Cansu Bektaş, Qamze Altun və Nuray Güngörün “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

İrəvanda keçirilən ağır atletika üzrə Avropa Çempionatında qələbələrini Azərbaycan və Türkiyə arasında sarsılmaz qardaşlıq münasibətlərinin təzahürü kimi Azərbaycana həsr edən aşağıdakı Türkiyə idmançıları “Tərəqqi” medalı ilə təltif edilsinlər:

Cansu Bektaş

Qamze Altun

Nuray Güngör.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 aprel 2023-cü il

Paylaş
Şərh yaz