Ölkə çempionatının ilk qalibləri məlum oldu

 

28-29 aprel tarixlərində Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçirilən kişilər və qadınlar arasında ağır atletika üzrə Azərbaycan çempionatına start verilib. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Ağır Atletika Federasiyasının birgə təşkil etdiyi yarışda ölkənin bütün bölgələrindən 100-dən çox atlet qüvvəsini sınayacaq.

İlk olaraq qadınlar 3 çəki dərəcəsində qalibləri müəyyən ediblər. Samirə Rzayeva toplam 86 kq (38+48) nəticə ilə 45 kq çəki dərəcəsində, Ravilya Abbasova toplam 78 kq (32+45) nəticə ilə 49 kq çəki dərəcəsində, Selcan Qarayeva isə toplam 138 kq (60+78) nəticə ilə 55 kq çəki dərəcsində rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Çempionatın təşkilində məqsəd ağır atletika idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafına dəstək verilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır.

 

45 kq

N Adı İl Şəhər /

Rayon

Təmsil etdiyi idman təşkilatı Çəkisi Birdən Təkanla Toplam
1. Samirə Rzayeva 2006 Qazax “Göyəzən” AAK 42.73 38 48 86
2. Aydan Rzayeva 2008 Qazax “Göyəzən” AAK 41.80 37 47 84

 

49 kq

N Adı İl Şəhər /

Rayon

Təmsil etdiyi idman təşkilatı Çəkisi Birdən Təkanla Toplam
1. Ravilya Abbasova 2007 Qazax “Göyəzən” AAK 48.7 32 43 75

 

55 kq

N Adı İl Şəhər /

Rayon

Təmsil etdiyi idman təşkilatı Çəkisi Birdən Təkanla Toplam
1. Selcan Qarayeva 2005 İsmayıllı “Girdiman” AAK 52.0 60 78 138
2. Gülcahan Əliyeva 2004 Şərur “Naxçıvan” İK 54.13 58 77 135
3. Günel Muxtarlı 2003 Sumqayıt İOEUGİŞM-1 / “Təhsil” RİM 54.63 53 60 113
4. Tahirə Mustafazadə 2005 Qazax “Göyəzən” AAK 51.75 38 48 86
Paylaş
Şərh yaz