Günel Vəliyeva Azərbaycan rekordlarını yenilədi!

 

28-29 aprel tarixlərində Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçirilən kişilər və qadınlar arasında ağır atletika üzrə Azərbaycan çempionatına start verilib. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Ağır Atletika Federasiyasının birgə təşkil etdiyi yarışda ölkənin bütün bölgələrindən 100-dən çox atlet qüvvəsini sınayacaq.

Qadınlarda növbəti 5 çəkidə qaliblər müəyyən edilib. Dinara İbrahimli toplam 142 kq (62+80) nəticə ilə 59 kq çəki dərəcəsində, Fazilə İmanova toplam 160 kq (72+88) nəticə ilə 64 kq çəki dərəcəsində, Fidan Mirzəzadə toplam 175 kq (75+100) nəticə ilə 71 kq çəki dərəcəsində, Rahilə Hüseynzadə isə toplam 188 kq (85+103) nəticə ilə 81 kq çəki dərəcəsində çempion adını qazanıblar.

76 kq çəki dərəcəsində isə Günel Vəliyeva fərqlənib. O, toplam 247 kq (111+136) nəticə ilə öz çəkisində qalib gəlib. Bununla yanaşı, Günle bu çəkidə 3 Azərbaycan rekordunu yeniləyib. Birdən qaldırmada 111 kq, təkanla qaldırmada 136 kq, toplamda isə 247 kq-lıq nəticələr yeni Azərbaycan rekordlarıdır.

 

59 kq

 

N Adı İl Şəhər /

Rayon

Təmsil etdiyi idman təşkilatı Çəkisi Birdən Təkanla Toplam
1. Dinara İbrahimli 2001 Gəncə ADAU 59.00 62 80 142
2. Aytən Əliyeva 2008 Qazax “Göyəzən” AAK 58.50 60 75 135
3. Ayişə Əliyeva 2006 Qazax “Göyəzən” AAK 57.19 53 65 118

 

64 kq

 

N Adı İl Şəhər /

Rayon

Təmsil etdiyi idman təşkilatı Çəkisi Birdən Təkanla   Toplam
1. Fazilə İmanova 2004 Neftçala “Hercules” İK 62.64 72 88 160
2. Çinara İbrahimli 2003 Gəncə ADAU 63.99 67 87 154
3. Leyla Qurbanlı 2006 Lənkəran “Zirvə” İK 62.24 59 74 133

 

71 kq

 

N Adı İl Şəhər /

Rayon

Təmsil etdiyi idman təşkilatı Çəkisi Birdən Təkanla Toplam
1. Fidan Mirzəzadə 2004 Bakı İOEUGİM-5 / “Təhsil” RİM 70.57 75 100 175
2. Zəhra Niftəliyeva 2007 Sumqayıt İOEUGİŞM-1 / “Təhsil” RİM 68.72 53 67 120
3. Günel Əliyeva 2005 Bakı “Hercules” İK 69.20 43 53 96

 

76 kq

 

N Adı İl Şəhər /

Rayon

Təmsil etdiyi idman təşkilatı Çəkisi Birdən Təkanla Toplam
1. Günel Vəliyeva 1997 Bakı MOİK 74.55 111 136 247

 

81 kq

 

N Adı İl Şəhər /

Rayon

Təmsil etdiyi idman təşkilatı Çəkisi Birdən Təkanla Toplam
1. Rahilə Hüseynzadə 2005 Lənkəran “Zirvə” İK 79.55 85 103 188
Paylaş
Şərh yaz