May ayının 25-27-də Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında keçirilən yeniyetmələr arasında ağır atletika üzrə Azərbaycan birinciliyi davam edir. Yarışda iştirak üçün ölkənin bütün şəhər və rayonlarından idman cəmiyyətləri, klubları, mərkəzləri təmsil edən rekord sayda – 150-yə yaxın gənc atlet qeydiyyatdan keçib.
İkinci yarış günündə körpücük üzərinə ilk olaraq çəkisi 55 kq-a qədər olan idmançılar çıxıblar. Onlardan toplam 205 kq (91+114) nəticə göstərən Dəniz Cabbarlı qalib adını qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Gümüş medalı toplam 190 kq (85+105) nəticə ilə Kamran Xappayev, bürünc medalı isə toplam 174 kq (76+98) nəticə ilə Xəyyam Allahverdiyev qazanıblar.
Təbrik edirik!
55 kq.
N | Adı | İl | Şəhər /
Rayon |
Təşkilatı | Çəki | Birdən | Təkanla | Toplam |
1. | Dəniz Cabbarlı | 2006 | Lənkəran | UGİM / Gİİ | 54.97 | 91 | 114 | 205 |
2. | Kamran Xappayev | 2009 | Samux | “Bəhrə” İK | 55.00 | 85 | 105 | 190 |
3. | Xəyyam Allahverdiyev | 2007 | Şamaxı | “Cəngi” İK | 54.99 | 76 | 98 | 174 |
4. | Dəniz Bağırov | 2008 | Lənkəran | UGİŞM / “Təhsil” RİM | 54.48 | 75 | 93 | 168 |
5. | Canpolad Rəfiyev | 2008 | Abşeron | “Zirvə” İK | 54.45 | 70 | 98 | 168 |
6. | Lətif Əliyev | 2010 | Qazax | UGİM-Göyəzən | 52.65 | 71 | 80 | 151 |
7. | Yusif Məmmədov | 2008 | Gəncə | UGİM-1 / “Təhsil” RİM | 54.80 | 61 | 76 | 137 |
8. | İsmayıl Həsənzadə | 2008 | Lerik | UGİŞM / “Təhsil” RİM | 54.72 | 56 | 79 | 135 |
9. | Amil İsgəndərov | 2008 | Yevlax | UGİM / Gİİ | 53.95 | 53 | 70 | 123 |
10. | Mustafa Həsənov | 2009 | Yevlax | UGİM / Gİİ | 53.42 | 55 | 65 | 120 |
11. | Elgün Rəcəbli | 2009 | Qobustan | UGİM / Gİİ | 51.91 | 48 | 60 | 108 |
12. | Yunus Kuryayev | 2009 | Qobustan | UGİM / Gİİ | 52.50 | 44 | 56 | 100 |
13. | Hazarxan Həsənov | 2009 | Cəlilabad | UGİM / Gİİ | 49.28 | 33 | 48 | 81 |
14. | İlyas Məmmədov | 2009 | Cəlilabad | “Ümüd” İK | 54.13 | 30 | 40 | 70 |
15. | Murad Əskərov | 2008 | Yardımlı | “Qaya” İK | 54.49 | 28 | 39 | 67 |
16. | Heydər Qurbanov | 2010 | Yardımlı | “Qaya” İK | 54.96 | 27 | 35 | 62 |