Akif Abdullayev – çempion!

 

May ayının 25-27-də Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında keçirilən yeniyetmələr arasında ağır atletika üzrə Azərbaycan birinciliyində ikinci yarış gününə yekun vurulub. Yarışda iştirak üçün ölkənin bütün şəhər və rayonlarından idman cəmiyyətləri, klubları, mərkəzləri təmsil edən rekord sayda – 150-yə yaxın gənc atlet qeydiyyatdan keçib.

Son olaraq körpücük üzərinə çəkisi 67 kq olan atletlər çıxıblar. Maraqlı və gərgin mübarizə şəraiitndə keçən yarışma Akif Abdullayevin qələbəsiylə yekunlaşıb. O, toplam 230 kq (103+127) nəticə ilə çempion adına layiq görülüb. Gümüş medalı toplam 229 kq (104+125) nəticə göstərən Emil Quliyev əldə edib. Bürünc medalı isə toplam 203 kq (88+15) nəticə ilə Yunis Bayramov qazanıb.

Təbrik edirik!

 

67 kq

N Adı İl Şəhər /

Rayon

Təmsil etdiyi idman təşkilatı Çəki Birdən Təkanla Toplam
1. Akif Abdullayev 2007 Abşeron “Zirvə” İK 66.95 103 127 230
2. Emil Quliyev 2006 Bakı RİOEUGİM-1 / “Təhsil” RİM 66.70 104 125 229
3. Yunis Bayramov 2008 Sumqayıt İOEUGİŞM-1 / “Təhsil” RİM 66.00 88 115 203
4. Nurlan Mustafayev 2006 Qazax UGİM-Göyəzən 65.97 93 109 202
5. Murad Mustafayev 2006 Qazax Göyəzən 66.15 92 108 200
6. Möhlət Hacıyev 2006 Lənkəran “Zirvə” İK 66.80 91 105 196
7. Mehdipur Qasımzadə 2008 Abşeron “Zirvə” İK 63.00 70 92 162
8. Firudin Cəfərov 2008 Sumqayıt İOEUGİŞM-1 / “Təhsil” RİM 62.83 65 77 142
9. Həsənağa Kərimov 2010 Bakı RİOEUGİM-1 / “Təhsil” RİM 64.01 60 80 140
10. Samir Rzayev 2009 Cəlilabad UGİM / Gİİ 63.35 50 65 115
11. Tarıverdiyev Nemət 2009 Şamaxı “Cəngi” İK 63.32 43 63 106
12. Ömər Eyubov 2010 Qobustan UGİM / Gİİ 63.00 44 60 104
13. Tural Hüseynov 2009 Cəlilabad UGİM / Gİİ 65.42 43 50 93

 

Paylaş
Şərh yaz