Havana Qran-Prisində çıxışlarımıza yekun vurulub

Ömər Cavadov Qran-Pridə çıxış etdi

8-18 iyun tarixlərində Kubanın paytaxtı Havanada keçirilən Beynəlxalq Ağır Atletika Federasiyasının Qran-Pri yarışı bitmək üzrədir.  Paris 2024 Olimpiya Oyunlarına lisenziya xarakterli turnirdə 72 ölkədən 272 atletin iştirak edir. Yarışda Azərbaycan yığmasının üzvləri də körpücük üzərinə çıxıblar.

Onlardan ilk olaraq Ömər Cavadov mübarizəyə qoşulub. O, 73 kq çəki dərəcəsində qüvvəsini sınayıb. Atletimiz toplam 311 (144+167) kq nəticə göstərib və 6-cı pillədə qərarlaşıb.

Son olaraq Əli Şükürlü və Dadaş Dadaşbəyli 102 kq çəki dərəcəsinin B qrupunda yarışıblar. Əli Şükürlü zədə səbəbindən yarışı nəticəsiz başa vurmağa məcbur olub.

Dadaşbəyl isə toplam 320 kq (145+175) nəticə göstərib və ümumi sıralamada 9-cu pillədə qərarlaşıb.

 

Paylaş
Şərh yaz