5-6 oktyabr tarixlərində Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçirilən gənclər arasında ağırllıqaldırma üzrə Azərbaycan birinciliyinə yekun vurulub. Turnirdə ölkənin bütün regionlarından klub və cəmiyyətləri təmsil edən yüzə yaxın atlet iştirak edib.
Körpücük üzərinə son olaraq ağırçəkili atletlər çıxıb. 89 kq çəki dərəcəsində toplam 260 kq (120+140) nəticə ilə Orxan Söhrabzadə, 96 kq çəki dərəcəsində toplam 237 kq (107+130) nəticə ilə Canəli Əsədov, 109 kq çəki dərəcəsində isə toplam 342 kq (162+180) nəticə ilə Əli Şükürlü qalib adını qazanıb.
Təbrik edirik!
Oğlanlar. 89 kq
N | Adı | Təvəllüdü | Şəhər /Rayon | Təşkilatı | Çəkisi | Birdən | Təkanla | Toplam |
1. | Orxan Zöhrabzadə | 2005 | Bakı | İOEUGİM-5 / “Təhsil” RİM | 81.50 | 120 | 140 | 260 |
2. | Məmməd Əhmədzadə | 2007 | Abşeron | “Zirvə” İK | 83.20 | 113 | 135 | 248 |
3. | Qurbanov Yaşar | 2007 | Bakı | “Spartak” KBTİC | 86.80 | 95 | 135 | 230 |
Oğlanlar. 96 kq
N | Adı | Təvəllüdü | Şəhər /Rayon | Təşkilatı | Çəkisi | Birdən | Təkanla | Toplam |
1. | Canəli Əsədov | 2003 | Qobustan | Qobustan Buta | 90.68 | 107 | 130 | 237 |
Oğlanlar. 109 kq
N | Adı | Təvəllüdü | Şəhər /Rayon | Təşkilatı | Çəkisi | Birdən | Təkanla | Toplam |
1. | Əli Şükürlü | 2003 | Sumqayıt | MOİK | 103.4 | 162 | 180 | 342 |