16-17 dekabr tarixlərində Şüvəlan qəsəbəsindəki Ağır Atletika Mərkəzinin yarış zalında keçirilən ağırlıqqaldırma üzrə Azərbaycan Kubokuna start verilib. Yarışda şəhər və rayonların, idman cəmiyyətlərinin, idman klublarının, idman mərkəzlərinin hazırkı əsasnamə üzrə təyin olunmuş dərəcə normalarını yerinə yetirən və tibbi müayinədən keçən yüzə yaxın atlet öz qüvvəsini sınayır.
Kişilərdən körpücük üzərinə ilk olaraq çəkisi 55 kq və 61 kq olan atletlər çıxıblar. Bu çəkilərdə müvafiq olaraq Dəniz Cabbarlı və Elşən Məmmədov rəqiblərinin üstələyərək fəxri kürsünün ən üst pilləsinə qalxıblar.
Təbrik edirik!
Kişilər. 55 kq
N | Adı | Təvəllüd | Şəhər /Rayon | Təşkilat | Çəki | Birdən | Təkanla | Toplam |
1. | Dəniz Cabbarlı | 2006 | Lənkəran | UGİM / ARGİN | 54.75 | 100 | 117 | 217 |
2. | Musa Alməmmədov | 2008 | Qazax | UGİM / ARGİN | 54.66 | 66 | 95 | 161 |
3. | Aysim Əliyev | 2007 | Goranboy | UGİM / ARGİN | 52.71 | 67 | 87 | 154 |
4. | Kənan Kərimov | 2007 | Goranboy | UGİM / ARGİN | 54.95 | 68 | 75 | 143 |
5. | İlkin Xatınov | 2008 | Qazax | UGİM / ARGİN | 53.90 | 60 | 80 | 140 |
Kişilər. 61 kq
N | Adı | Təvəllüd | Şəhər /Rayon | Təşkilat | Çəki | Birdən | Təkanla | Toplam |
1. | Elşan Məmmədov | 2004 | Lənkəran | “Zirvə” İK | 59.76 | 101 | 120 | 221 |
2. | Amin Osmanov | 2006 | Qazax | “Göyəzən” AAK, UGİM | 59.39 | 100 | 119 | 219 |
3. | Eldar Eminov | 2007 | Şamaxı | Şamaxı Gİİ | 59.57 | 75 | 85 | 160 |
4. | Şərif Qasımov | 2005 | Qazax | UGİM / ARGİN | 60.35 | 73 | 80 | 153 |