Akif Abdullayev – çempion!

 

Fevral ayının 23-25-də Şüvəlan qəsəbəsindəki Ağır Atletika Mərkəzində keçirilən yeniyetmələr arasında ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyində son yarış gününə start verilib. Turnirdə ölkənin şəhər və rayonların idman cəmiyyətləri, klubları və mərkəzlərini təmsil edən 150-dən çox gənc atlet iştirak edir.

Günün ilk qalibinin adına 73 kq çəki dərəcəsində aydınlıq gəlib. Akif Abdullayev ən böyük çəkinin öhdəsindən gələrik qızıl medala sahib çıxıb. O, toplam 237 kq (107+130) nəticə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Toplam 217 kq (101+116) nəticə ilə Yunis Bayramov ikinci, toplam 208 kq (96+112) nəticə ilə İsa Əliyev 3-cü yeri tutub.

Təbrik edirik!

73 kq.

 

N Adı İl Şəhər /

Rayon

Təşkilatı  

Çəkisi

 

Birdən

 

Təkanla

 

Toplam

1. Akif Abdullayev 2007 Abşeron “Zirvə” İK 69.15 107 130 237
2. Yunis Bayramov 2008 Sumqayıt İOEUGİŞM-1 / “Təhsil” RİM 69.10 101 116 217
3. İsa Əliyev 2009 Lerik “Relaks-Lerik” İK 69.90 96 112 208
4. Əli Mahmudov 2008 Bakı RİOEUGİM-1 / “Təhsil” RİM 67.45 90 105 195
5. Əli Fərzullayev 2007 Cəlilabad “Ümüd” İK 72.55 80 95 175
6. Firudin Cəfərov 2008 Sumqayıt İOEUGİŞM-1 / “Təhsil” RİM 71.00 80 86 166
7. Kərəm Nəqdəliyev 2009 Bakı “Spartak” KBTİC 69.50 70 80 150
8. Ömər Eyubov 2010 Qobustan UGİM / ARGİN 67.35 60 75 135
9. Nemət Tariverdiyev 2009 Şamaxı Şamaxı 68.05 48 63 111
10. Sədayət Əliyev 2009 Cəlilabad UGİM / ARGİN 71.20 50 55 105
11. Şükür Nuralzadə 2010 Neftçala UGİM / ARGİN 67.67 47 50 97

 

 

Paylaş
Şərh yaz