Nuray Əbilova Avropa birinciliyində gümüş medal qazandı!

 

15-24 iyun tarixlərində Yunanıstanın Saloniki şəhərində keçirilən 15 və 17 yaşlı yeniyetmələr arasında ağırlıqqaldırma üzrə Avropa birinciliyinə start verilib. 36 ölkədən 461 (218 qız + 243 oğlan) idmançının iştirak etdiyi yarışa Azərbaycan yığması da qatılır.

Bu gün onlardan ilk olaraq Nuray Əbilova körpücük üzərinə çıxıb. O, yaşı 15-ə qədər olan atletlər arasında 40 kq çəki dərəcəsində qüvvəsini sınayıb.

İdmançımız birdən qaldırma hərəkətində 49 kq-ı ram edib və bu hərəkətdə gümüş medala sahib çıxıb.

Nuray təkanla qaldırma hərəkətində 57 kq-ı başı üzərinə qaldırıb.

Əbilova toplam 106 kq (49+57) nəticə ilə yekun sıralamada 4-cü yeri tutub.

Paylaş
Şərh yaz