Muhəmmədəli Məmmədzadə Avropa birinciliyində 3 medal qazandı!

15-23 iyun tarixlərində Yunanıstanın Saloniki şəhərində keçirilən 15 və 17 yaşlı yeniyetmələr arasında ağırlıqqaldırma üzrə Avropa birinciliyi davam edir. 38 ölkədən 415 (198 qız + 217 oğlan) idmançının iştirak etdiyi yarışa Azərbaycan yığması da qatılıb.
Bu gün onlardan daha biri – Muhəmmədəli Məmmədzadə körpücük üzərinə çıxıb. O, yaşı 15-ə qədər olan atletlər arasında 96 kq çəki dərəcəsində qüvvəsini sınayıb.
İdmançımız birdən qaldırma hərəkətində 120 kq-ı ram edib və bu hərəkətdə Avropa birinciliyinin bürünc medalına layiq görülüb.
“Göyəzən” Ağırlıqqaldırma Klubunun təmsilçisi təkanla qaldırma hərəkətində 146 kq-ı başı üzərinə qaldıraraq bu hərəkətdə gümüş medal əldə edib.
Muhəmmədəli toplam 266 kq (120+146) nəticə ilə yekun sıralamada bürünc medal qazanıb.
Təbrik edirik!
Paylaş
Şərh yaz