15-23 iyun tarixlərində Yunanıstanın Saloniki şəhərində keçirilən 15 və 17 yaşlı yeniyetmələr arasında ağırlıqqaldırma üzrə Avropa birinciliyi davam edir. 38 ölkədən 415 (198 qız + 217 oğlan) idmançının iştirak etdiyi yarışa Azərbaycan yığması da qatılıb.
Bu gün onlardan daha biri – Mələk Hüseynli körpücük üzərinə çıxıb. O, yaşı 17-ə qədər olan atletlər arasında +81 kq çəki dərəcəsində qüvvəsini sınayıb.
Mələk toplam 131 kq (56+75) nəticə ilə yekun sıralamada 7-ci yeri tutub.