Dəniz Cabbarlı fəxri kürsünün ən yüksək pilləsində

 

14-15 sentyabr tarixlərində Şüvəlan qəsəbəsində yerləşən Ağırlıqqaldırma Mərkəzinin yarış zalında keçirilən gənclər arasında Azərbaycan birinciliyi və böyüklər arasında ağırlıqqaldırma üzrə Azərbaycan çempionatında ilk yarış günü davam edir.

 

Körpücüyə bu dəfə çəkisi 61 kq-a qədər olan kişilər çıxıblar. Dəniz Cabbarlı toplam 245 kq (115+130) nəticə ilə bütün rəqiblərini üstələyib. Toplam 215 kq (100+115) nəticə ilə Murad Həsənli 2-ci, toplam 173 kq (78+95) nəticə ilə Amil İsgəndərov 3-cü olub. Hər 3 idmançı həm gənclərdə, həm də böyüklərin yarışında eyni pillədə qərarlaşıblar.

 

Kişilər. 61 kq

 

N Adı İl Şəhər / Rayon Təşkilatı Çəkisi Birdən Təkanla Toplam
1. Dəniz Cabbarlı 2006 Lənkəran UGİM 60.92 115 130 245
2. Murad Həsənli 2008 Yevlax UGİM 59.84 100 115 215
3. Amil İsgəndərov 2008 Yevlax UGİM 60.25 78 95 173
4. Ömər Rzayev 2008 Gəncə UGİŞM-1 / Təhsil RİM 60.23 79 93 172
5. Eldar Eminov 2007 Şamaxı Şamaxı 60.75 75 85 160

 

Paylaş
Şərh yaz