19-27 sentyabr tarixlərində İspaniyanın Leon şəhərində keçirilən gənclər arasında ağırlıqqaldırma üzrə dünya birinciliyinə start verilib. Yarışda 67 ölkədən 367 (168 qadın + 199 kişi) idmançı iştirak edir. Birinciliyə Azərbaycan yığmasının üzvləri də qatılıb.
Bu gün onlardan biri – Elşən Məmmədov körpücük üzərinə qalxıb. O, 61 kq çəki dərəcəsinin B qrupunda çıxış edib. Atletimiz birdən qaldırma hərəkətində 115 kq-ı ram edib və bu hərəkətdə qrupu lider tamamlayıb. Ancaq idmançımız zədə səbəbindən yarışı davam etdirə bilməyib.