Mahmud Qədirov Avropa birinciliyində çıxış edib

24 oktyabr – 4 noyabr tarixlərində Polşanın Raşin şəhərində keçirilən ağırlıqqaldırma üzrə gənclər və 23 yaşadək atletlər arasında Avropa birinciliyi davam edir. Yarışda Azərbaycan yığma komandasının üzvləri də çıxış edirlər. Bu gün onlardan Mahmud Qədirov körpücük üzərinə çıxıb. 73 kq. çəki dərəcəsində mübarizə aparan atletimiz birdən qaldırma hərəkətində 128 kq. nəticə göstərib. Mahmud təkanla qaldırma hərəkətində 150 kq. çəkinin öhdəsindən gəlib. Toplamda 278 kq (128+150) nəticəyə imza atan Qədirov yekunda 8-ci yerdə qərarlaşıb.

Paylaş
Şərh yaz