24 oktyabr – 4 noyabr tarixlərində Polşanın Raşin şəhərində keçirilən ağırlıqqaldırma üzrə gənclər və 23 yaşadək atletlər arasında Avropa birinciliyi davam edir. Yarışda Azərbaycan yığma komandasının üzvləri də çıxış edirlər. Qitə miqyaslı yarışda qüvvəsini sınayan yeganə qadın atletimiz Rahilə Hüseynzadə bugün körpücük üzərinə çıxıb. O, birdən qaldırma hərəkətində 85 kq, təkanla qaldırma hərəkətində isə 107 kq nəticə gostərib. Rahilə Hüseynzadə toplamda 192 kq (85+107) göstərici ilə yarışı 8-ci yerdə başa vurub.