Gənclər və İdman Nazirliyi ilin idman yekunları ilə bağlı qala mərasimi təşkil edib. Tədbirə idman təşkilatlarının, federasiyaların, media qurumlarının rəhbərləri, idmançılar, məşqçilər və idman ictimaiyyətinin nümayəndələri qatılıblar. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva da mərasimdə iştirak ediblər.
İlk olaraq Gənclər və idman naziri Fərid Qayıbov 2024-cü ilin Azərbaycan idmanı üçün uğurlu keçdiyini qeyd edib və bu münasibətlə federasiya rəhbərlərini, idmançıları, məşqçiləri, idman ictimaiyyətini təbrik edib.
Azərbaycan Ağırlıqaldırma Federasiyasının prezidenti Kamran Nəbizadə, vitse-prezident Firdovsi Umudov və son dünya çempionatının gümüş mükafatçısı Dadaş Dadaşbəylinin də dəvət olunduğu tədbirdə AAF-ın fəaliyyəti də qiymətləndirilib.
Seçimlərə əsasən Azərbaycan Ağırlıqqaldırma Federasiyası “2024-cü ildə uğurlu beynəlxalq fəaliyyətə görə” nominasiyasında 3-cü yeri tutub.
Təbrik edirik!