Azərbaycan birinciliyinin açılış mərasimi keçirilib

14-16 mart tarixlərində keçirilən ağırlıqqaldırma üzrə U-15 və yeniyetmələr arasında Azərbaycan birinciliyinin rəsmi açılış mərasimi baş tutub. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan mərasimdə Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudov yarış iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb. O qeyd edib ki, bu yarışlarda körpücük üzərinə çıxan hər idmançı cəsarəti və əzmi ilə özünü qalib saymalıdır. Onların sağlam ruhda böyüməsi cəmiyyətimizin qələbəsidir.
Açılış mərasimi 2 mütəxəssisimiz üçün xüsusən əlamətdar olub. Yaxın günlərdə 65 yaşını qeyd etmiş “Əməkdar məşqçi” Azad Mustafayev və 60 yaşını tamamlamış “Əməkdar məşqçi” Oruc Məmmədli AAF tərəfindən təltif ediliblər. Yubilyarlara hədiyyələri Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudov təqdim edib.
İlk yarış günü mübarizəyə qoşulan qız idmançıların nəticələrinə gəlincə:

15 yaşa qədər olan qızların yarışı:
40 kq çəki dərəcəsində Şəbnəm Həsənzadə toplamda 84 kq (38 kq + 46 kq) nəticə ilə qalib adını qazanıb.
45 kq çəki dərəcəsində Zeynəb Bəkirli toplamda 81 kq (33 kq + 48 kq) nəticə ilə birinci olub.
49 kq çəki dərəcəsində Mömünə Abdullayeva toplamda 80 kq (35 kq + 45 kq) nəticə ilə qalib adını qazanıb.
55 kq çəki dərəcəsində Zeynəb Həsənova toplamda 110 kq (48 kq+62 kq) nəticə ilə birinci olub.
59 kq çəki dərəcəsində Malikə Biçekuyeva toplamda 120 kq (55 kq+65 kq) nəticə ilə birinci olub.
64 kq çəki dərəcəsində Gülnur Yusifova toplamda 105 kq (45 kq+60 kq) nəticə ilə birinci olub.
+81 kq çəki dərəcəsində Zəhra Qənbərzadə toplamda 89 kq (39 kq + 50 kq) nəticə ilə qalib adını qazanıb.

Yeniyetmələrin yarışı:
49 kq çəki dərəcəsində Aydan Rzayeva toplamda 117 kq (52 kq+ 65 kq) nəticə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
55 kq çəki dərəcəsində Jalə Əbilova toplamda 79 kq (33 kq + 46 kq) nəticə ilə qalib adını qazanıb.
59 kq çəki dərəcəsində Milena Hüseynli toplamda 103 kq (43 kq + 60 kq) nəticə ilə qalib adını qazanıb.
64 kq çəki dərəcəsində Aytən Əliyeva toplamda 152 kq (67 kq+ 85 kq) nəticə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
71 kq çəki dərəcəsində Əsmət Ələsgərova toplamda 75 kq (35 kq + 40 kq) nəticə ilə qalib adını qazanıb.
76 kq çəki dərəcəsində Arzu Qədimova toplamda 155 kq (70 kq + 85 kq) nəticə ilə birinci olub.
+81 kq çəki dərəcəsində Mələk Hüseynli toplamda 120 kq (53 kq+ 67 kq) nəticə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, Azərbaycan birinciliyində ümumilikdə 200-ə yaxın atlet mübarizə aparır.

Paylaş
Şərh yaz