Xəlilov Kənan 56 kq-da Azərbaycan Kubokuna sahib çıxdı

10-13 noyabr tarixlərində Şimal Dres qəsəbəsindəki Ağır Atletika Akademiyasında ağır atletika üzrə kişilər və qadınlar arasında Azərbaycan Kuboku keçirilir. Yarışda ölkənin bütün regionlarında fəaliyyət göstərən klub və idman cəmiyyətlərindən 200-ə yaxın atlet çıxış edir.

Yarışların ikinci günündə 56 kq çəki dərəcəsində qalib və mükafatçıların adların aydınlıq gəlib. Gənc Neftçala atleti Kənan Xəlilov 228 kq (108+120) nəticə ilə bütün rəqiblərini böyük fərqlə üstələyib və Azərbaycan Kubokuna sahib çıxıb. Gümüş medal 221 kq (95+126) nəticə ilə Elmar Alıyevə, bürünc medal isə 213 kq (92+121) nəticə ilə Elməddin Hüseynova qismət olub.
Əlavə edək ki, çəkilərdə yeniyetmələr və gənclər arasında medalçılar da müəyyən edilib. Yeniyetmə ağır atletlərdən Xəlilov Kənan yenə qızıl, Hüseynov Elməddin gümüş, Abdullayev Elvin isə bürünc medal əldə edib. Gənclər arasında qalib adını yenidən Xəlilov Kənan, gümüş medalı Hüseynov Elməddin, bürünc medalı isə Mirzəyev Emin qazanıb.
Kubokun təşkilatçıları Azərbaycan Ağır Atletika Federasiyasi və Azərbaycan Gənclər və İdman Nazirliyidir.

N Ad Klub Şəhər İl ŞÇ B. Tək. Top.
1. Xəlilov Kənan Zirvə Neftçala 1999 56.00 108 120 228
2. Alıyev Elmar MOİK Bakı 1987 55.50 95 126 221
3. Hüseynov Elməddin Zirvə Şamaxı 2001 55.50 92 121 213
4. Mirzəyev Emin Zirvə Lerik 1997 55.50 93 117 210
5. Abdullayev Elvin Zirvə Xırdalan 2001 55.80 90 112 202
6. Məmmədov İsmayıl Zirvə Lerik 2000 56.00 88 112 200
7. Əsgərzadə Samir Zirvə Neftçala 2002 54.80 77 92 169
8. Hüseynzadə Şəhriyar Zirvə Lənkəran 2000 56.00 75 93 168
9. Zeynalov Əli Təhsil Goranboy 2000 55.80 75 90 165
10. İbrahimzadə Hüseyn Təhsil Bakı 2002 52.20 65 83 148
11. Qocayev Yaqub Zirvə Qazax 2001 54.50 65 80 145
12. Əkbərov Əli Zirvə Lənkəran 2000 54.60 61 78 139
13. Rzazadə Ruslan UGİM Lənkəran 1998 55.30 95
14. Abuzərli Cəbrayıl Təhsil Bakı 2001 55.70
15. Əhmədov Esmin TİM Gəncə 1996 56.00

 

 

The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 10, (#10) Application does not have permission for this action
Paylaş
Şərh yaz