10-13 noyabr tarixlərində Şimal Dres qəsəbəsindəki Ağır Atletika Akademiyasında ağır atletika üzrə kişilər və qadınlar arasında Azərbaycan Kuboku keçirilir. Yarışda ölkənin bütün regionlarında fəaliyyət göstərən klub və idman cəmiyyətlərindən 200-ə yaxın atlet çıxış edir.
Üçüncü yarış günün sonunda çəkisi 77 kq-a qədər olan atletlər qüvvələrini sınadılar. Toplam 298 kq (135+163) nəticə əldə edən gənc Kənan Əliquliyev təcrübəli həmkarı Əfqan Bayramovu üstələyərək çempion oldu. Bayramov gümüş medalı 286 kq (130+156) nəticə qazandı. Bürünc medal isə 271 kq (121+150) nəticə ilə Orxan Zeynalova qısmət oldu.
Əlavə edək ki, çəkilərdə yeniyetmələr və gənclər arasında medalçılar da müəyyən edilib. Gənclərdə qızıl medala Əliquliyev Kənan, gümüş medala Bağırov Emil, bürünc medala isə Məmmədli Əli layiq görülüb. Yeniyetmələrin mübarizəsində isə qızıl medal Məmmədli Əli, gümüş Səlimov Fuad, bürünc isə Şükürlü Mayıla təqdim olunub.
Kubokun təşkilatçıları Azərbaycan Ağır Atletika Federasiyasi və Azərbaycan Gənclər və İdman Nazirliyidir.
N | Ad | Klub | Şəhər | İl | ŞÇ | B. | Tək. | Top. |
1. | Əliquliyev Kənan | Zirvə | Lənkəran | 1998 | 76.60 | 135 | 163 | 298 |
2. | Bayramov Əfqan | Təhsil | Bakı | 1983 | 77.00 | 130 | 156 | 286 |
3. | Zeynalov Orxan | Zirvə | Neftçala | 1992 | 75.20 | 121 | 150 | 271 |
4. | Bağırov Emil | Zirvə | Xırdalan | 1997 | 76.80 | 110 | 146 | 256 |
5. | Məmmədli Əli | Zirvə | Lənkəran | 1999 | 76.30 | 120 | 135 | 255 |
6. | Cəfərov Eltun | Zirvə | Qazax | 1994 | 75.70 | 112 | 140 | 252 |
7. | Səlimov Fuad | Spartak | Bakı | 1999 | 74.10 | 103 | 138 | 241 |
8. | Şükürlü Mayıl | Təhsil | Bakı | 2001 | 70.60 | 110 | 130 | 240 |
9. | Qasımov Əli | Təhsil | Lənkəran | 1995 | 74.60 | 92 | 115 | 207 |
10. | İmranov Rövşən | Spartak | Bakı | 1999 | 74.30 | 95 | 120 | 205 |
11. | Hüseynzadə Fərid | Zirvə | Sumqayıt | 1988 | 76.60 | – | – | – |
The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 10, (#10) Application does not have permission for this action