Milli komandamız İsrailə yola düşdü

Dekabrın 2-10-u tarixlərində İsrailin Eylat şəhərində keçiriləcək yaşı 20 və 23-ə qədər olan gənclər arasında Avropa çempionatı start götürmək üzrədir. 40-a yaxın ölkənin qatılacağı yarışda Azərbaycan millisi də iştirak edəcək. Artıq yığma komandamız İsrailə yollanıb.
Bu gün səhər saat 04:45-də Heydər Əliyev adına Beynəlxalq Hava Limanından Eylata yola düşən heyətdə atletlərimizlə birgə məşqçilər, federasiya rəsmiləri də var.
Əlavə edək ki, Azərbaycanı bu yarışda ədalət təmsilçisi qismində Beynəlxalq dərəcəli hakim Azad Mustafayev təmsil edəcək.
Çempionatda ümumilikə 406 (238 kişi + 168 qadın) atletin qüvvəsini sınayacağı gözlənilir.

Paylaş
Şərh yaz