Yığmamızın məşqçisi: “Yüksək səviyyəli hazırlıq keçmişik”

Dekabrın 2-10-u tarixlərində İsrailin Eylat şəhərində keçiriləcək yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Avropa çempionatında Azərbaycan yığma komandası da iştirak edəcək. Atletlərimiz mütəmadi təlim-məşq toplanışlarında məhsuldar hazırlıq keçiblər. Bütün gərəkli şəraitlə təmin olunan komanda İsraildə medal mübarizəsinə tam hazırdır.
Komandamızın Avropa çempionatına hazırlığı barədə yığmanın məşqçisi, təcrübəli mütəxəssis Kərim Kərimli barədə danışdıq. Əməkdar məşqçimiz qarşıdakı yarış və ona hazırlıq haqda bunları dedi: “Çox yüksək səviyyəli hazırlıq keçdik. İdmançılarımızın əhval-ruhiyyəsi yüksəkdir. Çünki istər fiziki, istərsə də mənəvi baxımdan gənc atletlərimiz hazırlığını əla qiymətləndirirəm. İnşallah, bu yarışa hər bir idmançımız öz şəxsi nəticəsini artırmaq, uğur qazanmaq üçün mübarizə aparacaqdır. Qismət olsa, medal götürə, xalqımızı sevindirə bilərik. Zəhməti olan hər kəsə təşəkkür edirəm”.

Paylaş
Şərh yaz