Səbinə Əzimova Avropa çempionatında mübarizəyə qoşuldu

İsrailin Eylat şəhərində keçiriləcək yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Avropa çempionatı bu gün start götürüb. Dekabrın 2-10-u tarixlərində davam edəcək yarışda Azərbaycan yığma komandası da iştirak edir. Artıq bir təmsilçimiz körpücük üzərinə çıxıb. Səbinə Əzimova yaşı 20-yə qədər olan atletlərin mübarizəsində 48 kq çəki dərəcəsində çıxış edib.
Yeniyetmələr arasında ikiqat Avropa çempionumuz birdən qaldırma hərəkətində 67 kq, təkanla qaldırma hərəkətində 87 kq-ı ram edib.
Toplam 154 kq (67+87) nəticə göstərən Əzimova bu çəki dərəcəsində 4-cü yeri tutub. Səbinə bürünc medal qazanan atletlə eyni çəkini qaldırsa da, şəxsi çəkisinin azacıq çoxluğu idmançımızın ziyanına işləyib və o fəxri kürsüyə qalxa bilməyib.

NETİCELER

Paylaş
Şərh yaz