İsrailin Eylat şəhərində keçiriləcək yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Avropa çempionatı davam edir. Dekabrın 2-10-u tarixlərində olacaq yarışda Azərbaycan yığma komandası da iştirak edir. Bu gün atletlərimizdən daha biri – Allahyar Abışov yaşı 23-ə qədər kişilər arasında 62 kq çəki dərəcəsində körpücük üzərinə çıxıb.
Abışov birdən qaldırma hərəkətində 117 kq, təkanla qaldırma hərəkətində 140 kq-ı ram edib.
Toplam 257 kq (117+140) nəticə göstərən Allahyar yekun sıralamada 8-ci yeri tutub.