İsrailin Eylat şəhərində keçiriləcək yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Avropa çempionatı davam edir. Dekabrın 2-10-u tarixlərində olacaq yarışda Azərbaycan yığma komandası da iştirak edir. Bu gün atletlərimizdən daha biri – Elnarə Abbasova yaşı 20-yə qədər olan qadınlar arasında 63 kq çəki dərəcəsində körpücük üzərinə çıxıb.
Elnarə birdən qaldırma hərəkətində 74 kq, təkanla qaldırma hərəkətində isə 101 kq-ı ram edib
Toplam 175 kq (74+101) nəticə göstərən Abbasova yekun sıralamada 8-ci yeri tutub.